«Parabank»ın «Azadlıq» filialı yeni ünvana köçürülüb

«Parabank»ın «Azadlıq» filialı yeni ünvana köçürülüb
# 27 dekabr 2012 07:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nın Bakı şəhəri, Məmməd Araz küçəsi,25A ünvanında yerləşən «Azadlıq» filialı Xətai r-nu, Sarayevo küçəsi,17 ünvanına köçürülüb. Filial artıq bu ünvanda fəaliyyətini davam etdirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, filialın yerinin dəyişdirilməsinə əsas səbəb müştərilərin rahatlığının təmin edilməsi olub.

Bankın yeni ofisi, iş günləri 09:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərir.


«Parabank»ın digər filialları kimi, «Azadlıq» filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, istehlak, biznes və s. kreditlərinin verilməsi, «Visa» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, «Western Union», «PrivatMoney», «Caspian Money Transfer», «Blizko», «Zolotaya Korona», «Contact», «CoinStar» təcili pulköçürmə sistemləri ilə bağlı xidmətlər təqdim edir.


Bununla yanaşı, filialda yerləşən ATM 24 saat ərzində nağd pulun çıxarılması, kommunal, mobil rabitə xidmətlərinin ödənişini təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR