Xələf Xələfov: “ATƏT-in ikili standartlarının nəticəsidir ki, işğalçı ilə işğaldan əziyyət çəkənə eyni münasibət göstərilir”

Xələf Xələfov: “ATƏT-in ikili standartlarının nəticəsidir ki, işğalçı ilə işğaldan əziyyət çəkənə eyni münasibət göstərilir”
# 06 dekabr 2012 10:10 (UTC +04:00)

APA-nın Türkiyə müxbirinin məlumatına görə, nazir müavini deyib ki, Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiya, İran və Türkmənistanla razılığın əldə olunacağına ümid edir.

Diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib, hazırda fəaliyyətdə olan və gələcəkdə fəaliyyət göstərməsi planlaşdırılan enerji layihələri barədə ətraflı məlumat verib. Transxəzər layihəsi ətrafında gedən müzakirələrdən danışan X. Xələfov bu layihənin tərəfdarları ilə yanaşı, əleyhdarlarının da olmasını layihənin ciddiliyi ilə əlaqələndirib: “Transxəzər layihəsinə Azərbaycan və Türkmənistanın suveren hüquqları çərçivəsində yanaşılmalıdır. Bu, digər Xəzəryanı ölkələrin maraqlarına toxunmur”.

Xəzər regionunda inkişaf üçün təhlükəsizlik məsələsinin, davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayan X. Xələfov regiondakı münaqişələrin bölgənin sülh və sabitlik çərçivəsində inkişafına mane olduğunu qeyd edib.

Dağlıq Qarabağ problemi barədə danışan X. Xələfov bildirib ki, Ermənistan xarici havadarları sayəsində Azərbaycanın ərazilərini işğal edib: “Təəssüf ki, beynəlxalq birliyin işğala göz yumması, ATƏT-in hadisələrə ikili standartlarla yanaşmasının nəticəsidir ki, işğalçı ilə işğaldan əziyyət çəkənə eyni münasibət göstərilir”.

Diplomatın sözlərinə görə, Azərbaycanın xarici siyasətindəki prioritetlərdən biri Xəzər regionunda sülhə nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR