Siyavuş Novruzov: “Azərbaycanlılara qarşı soyqırımına dair faktlar beynəlxalq auditoriyaya çıxarılmalıdır"

Siyavuş Novruzov: “Azərbaycanlılara qarşı soyqırımına dair faktlar beynəlxalq auditoriyaya çıxarılmalıdır"
# 30 mart 2018 11:58 (UTC +04:00)

“Azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar beynəlxalq auditoriyaya çıxarılmalıdır".

APA-nın məlumatına görə, bunu yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən xüsusi iclasında bildirib.

O qeyd edib ki, törədilən soyqırımları və Ermənistanın işğalçı siyasəti ilə bağlı kitablar yazılıb və dərc olunub: “Akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitab təqdim edilib. Bu sənədlər xarici dillərə tərcümə olunmalı, beynəlxalq arenaya çıxarılmalıdır. Həmin sənədləri tərcümə edib, internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun. Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin, bu tərcümələr internet və dostluq qrupları vasitəsiylə xarici ölkələrə çatdırılsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR