İnstitut direktoru: “Azərbaycanda təxminən 400 min insan sonsuzluqdan əziyyət çəkir”

İnstitut direktoru: “Azərbaycanda təxminən 400 min insan sonsuzluqdan əziyyət çəkir”
# 29 noyabr 2012 11:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Mamalıq və ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanda süni mayalanma 2004-cü ildən həyata keçirilir və artıq bu sahədə ciddi uğurlar əldə edilib: “Əgər Avropada bununla bağlı müraciət edənlərdə yalnız 30-35 faiz müsbət nəticə əldə edirlərsə, Azərbaycanda bu göstərici 40-45 faiz arasındadır. Bu gün Azərbaycanda təxminən 400 min insan sonsuzluqdan əziyyət çəkir, onların böyük əksəriyyəti kişilərdir. Bu, digər ölkələrlə müqayisədə çoxdur”.

İnstitut direktoru bildirib ki, hazırda ölkədə 32 minə yaxın donora ehtiyac var və bu Azərbaycan üçün elə də böyük rəqəm deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR