Jurnalist olduğunu iddia edən azərbaycanlı qadın Türkiyədən deportasiya olunub

Jurnalist olduğunu iddia edən azərbaycanlı qadın Türkiyədən deportasiya olunub
# 24 dekabr 2012 09:54 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İğdır polisinin kazinoda keçirdiyi əməliyyat nəticəsində Türkiyəyə qanunsuz yolla gələn və insan alveri ilə məşğul olmaqda təqsirləndirilən Azərbaycan vətəndaşları Lalə K., Qızyetər Z. və Qırğızıstan vətəndaşı Zulhxumar K. saxlanılıb. Onlar dövlət xəstəxanasında müayinə edildikdən sonra Türkiyədən deportasiya olunublar.

Xəstəxana çıxışında jurnalistlərdən şəkillərinin çəkilməsini istəməyən Qızyetər Z. özünün də Azərbaycanda jurnalist olduğunu bildirib: “Bizi günahsız yerə saxladılar. Mən İğdırda evliyəm və bir uşağım var. Oraya sadəcə yemək yeməyə getmişdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR