İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 17 fevral 2013 18:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Ərak şəhərində bu gün 3 nəfər edam edilib.

APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə Ərak İnqilab Məhkəməsinin birinci şöbəsi ölüm hökmü çıxarıb.

Həbs edilən zaman onlardan ümumilikdə 5 kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Məhkəmə qərarı Ərak həbsxanasında səhər saatlarında icra edilib.

Məhbusların kimliyi məlum olmasa da, onların 31, 35 və 47 yaşlarında olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR