Masallıda iki həftə əvvəl ölən qadının avtomobillə vurulduğu məlum olub

Masallıda iki həftə əvvəl ölən qadının avtomobillə vurulduğu məlum olub
# 20 may 2017 11:27 (UTC +04:00)

Masallı rayonunda iki həftə əvvəl vəfat edən qadının avtomobillə vurulduğu müəyyən edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 5-də Masallı rayonunun Şatıroba kəndində yaşayan 77 yaşlı Şəfiqə Tağıyeva evindən qol və ayaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilib. O, izahatında xəsarətin evində yıxılması nəticəsində aldığını bildirib.

Ş.Tağıyeva mayın 7-də xəstəxanada ölüb.

Masallı RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Ş.Tağıyevanın Şatıroba kəndi ərazisində kənd sakini Sübəddin Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə vurulması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR