Azərbaycan prezidenti Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 dekabr 2012 11:38 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun açılış mərasimində iştirak edib. “APA-Economics”in məlumatına görə, dövlət başçısı zavodun fəaliyyəti, tullantıların yandırılması prosesi və idarəetmə sistemi ilə tanış olub.

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, zavod Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisədir. Zavodun layihələndirilməsi, tikintisi Fransanın “Cnim” şirkəti tərəfindən həyata keçirilib.

Diqqətə çatdırılıb ki, zavodun illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcək. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.

Azərbaycan prezidenti müəssisəni işə salıb, mərasimdə nitq söyləyib.

Sonra “Cnim” şirkətinin idarə heyətinin sədri Nikola Dmitrieff çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR