İsrailin Qəzza bölgəsində genişmiqyaslı əməliyyat aparmaq niyyəti yoxdur

İsrailin Qəzza bölgəsində genişmiqyaslı əməliyyat aparmaq niyyəti yoxdur
# 14 noyabr 2012 00:09 (UTC +04:00)

Bakı-APA. İsrailin Qəzza bölgəsində genişmiqyaslı əməliyyat aparmaq niyyəti yoxdur. Lakin Fələstin tərəfindən raket atəşi davam edərsə İsrail sərt cavab addımları atacaq.

APA-nın “Mayak” radiosuna istinadən verdiyi xəbərə görə, bu qərarı İsrailin hərbi-siyasi kabineti qəbul edib. Bu quruma İsrailin əsas nazirliklərinin başçıları, güc strukturlarının rəhbərləri daxildir.

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin cənub bölgələrində yerləşən şəhərlərin merləri ilə görüşdə söz verib ki, “terrorçular cəzasız qalmayacaqlar”.

Son dörd gün ərzində Qəzzadan İsrail ərazisinə 120 raket və minaatan mərmisi buraxılıb, bir sərhəd postuna hücum edilib. Nəticədə, 9 İsrail vətəndaşı yaralanıb, bir necə bina zədələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR