Astara-Bala Şahağac magistral avtomobil yolunun ətrafında 3 mindən çox ağac əkilib - FOTO

Astara-Bala Şahağac magistral avtomobil yolunun ətrafında 3 mindən çox ağac əkilib   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 16:20 (UTC +04:00)

Bakı-APA. Astarada Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə iməcilik keçirilib. APA-nın məlumatına görə, ümumrayon iməciliyində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulan Astara-Bala Şahağac magistral yolun ətrafında yaşıllıq salınıb, ağac əkini keçirilib. Rayonun bütün idarə, müəssisə və təşkilatları iməcilikdə fəal iştirak ediblər. Qısa müddət ərzində Astara-Bala Şahağac magistral avtomobil yolunun 2000 metr məsafəsində 3 mindən çox ağac əkilib. Əkin zamanı yerli şəraitdə yetişdirilən palıd və digər ağac növlərinə üstünlük verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR