Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib
# 27 dekabr 2012 11:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, iclasda Maliyyə, Vergilər, İqtisadi İnkişaf, Təhsil nazirlikləri, Mərkəzi Bank və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması və effektiv kapital bazarının formalaşacağına hədəfləydiyini bildirib.

İ.Muradov QKDK tərəfindən Dövlət Proqramının təsdiq olunduğu müddətdən bu günə kimi görülmüş işlərə nəzər salaraq, infrastrukturun müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, əlverişli işgüzar mühitin formalaşdırılması ilə yanaşı, bütövlükdə qiymətli kağızlar bazarında peşəkar hazırlığın və məlumatlılığın artırılması istiqamətlərində uğurlu layihələrin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra, aidiyyəti dövlət qurumları tərəfindən 2012-ci ildə Dövlət Proqramına uyğun həyata keçirilmiş tədbirlər barədə, habelə 2013-cü il ərzində nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR