Bolqarıstan və İsveçin xarici işlər nazirləri və Polşa Prezident Administrasiyasının rəhbəri bu gün Azərbaycana gəlir

Bolqarıstan və İsveçin xarici işlər nazirləri və Polşa Prezident Administrasiyasının rəhbəri bu gün Azərbaycana gəlir
# 11 dekabr 2012 08:01 (UTC +04:00)

APA-nın Bolqarısan XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, İsveçin xarici işlər naziri Karl Bildt və Polşa Prezident Administrasiyasının rəhbəri Yaçek Mixaylovski Bakıda Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər. Nümayəndə heyəti səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Nikolay Mladenov, Karl Bildt və Yaçek Mixaylovski Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR