Sumqayıtın su təchizatında fasilələr olacaq

Sumqayıtın su təchizatında fasilələr olacaq
# 18 dekabr 2012 08:53 (UTC +04:00)

Bakı – APA-Economics. Tağıyev qəsəbəsində yerləşən mərkəzi nasos stansiyasında təmir işləri aparılır. «Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar olaraq dekabrın 18-də gün ərzində Sumqayıt şəhərinin S.Vurğun küçəsi boyu yerləşən ərazilərinə - Sənaye zonası daxil olmaqla «Kimyaçılar», «“Köhnə kottec» yaşayış massivlərinə və 26-cı məhəlləyə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR