İranın Parçin hərbi-sənaye kompleksinin peykdən çəkilmiş yeni görüntüsü yayılıb

İranın Parçin hərbi-sənaye kompleksinin peykdən çəkilmiş yeni görüntüsü yayılıb
# 15 dekabr 2012 16:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu (İSİS) İranın Parçin hərbi-sənaye kompleksinin peykdən çəkilmiş yeni görüntüsünü yayıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, xəbərdə görüntünün dekabrın 9-da peykdən çəkildiyi və İranın Parçində inşaat işləri apardığının göründüyü bildirilir.

Eyni zamanda məlumatda görüntülərin aprel ayından iyul ayına qədər Parçində əhəmiyyətli dərəcədə dəyişiklik baş verdiyini göstərdiyi qeyd olunur: “Belə ki, dəyişikliklər bəzi binaların dağıdılması və qazıntı işləri nəticəsində ortaya çıxan torpağın yerinin dəyişdirməsindən ibarətdir. Son görüntülər isə obyektin ətrafında təhlükəsizlik dairəsinin yaradıldığını göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR