Azərbaycanda hərbçi yol qəzasına düşüb

Azərbaycanda hərbçi yol qəzasına düşüb
# 14 dekabr 2012 06:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda hərbçi yol qəzası törədib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Qala qəsəbəsi ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin Aviasiya Dəstəsinin zabiti, kapitan Məhərrəm Həsənovun idarə etdiyi minik maşını “QAZel” markalı yük maşını ilə toqquşub. Nəticədə M. Həsənov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Masallıda baş verən yol qəzasında hərbi hissə komandiri ölüb, daha bir hərbçi isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR