Ermənistan hökuməti Metsamor AES-in yeni enerji blokunun tikiləcəyi ərazinin seysmik qiymətləndirilməsi metodlarını təsdiqləyib

Ermənistan hökuməti Metsamor AES-in yeni enerji blokunun tikiləcəyi ərazinin seysmik qiymətləndirilməsi metodlarını təsdiqləyib
# 13 dekabr 2012 15:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ermənistan hökuməti Metsamor Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikiləcəyi ərazinin seysmik risklərinin qiymətləndirilməsi metodlarını təsdiqləyib. APA-nın məlumatına görə, ingilis dilində olan sənəddə ərazinin geoloji, geofiziki, seysmoloji və geotexniki təhqiqi üsulları öz əksini tapıb.

Yeni enerji blokunun ərazisi seysmik cəhətdən aktiv zonada yerləşir. Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik standartlarına uyğun olaraq yeni atom stansiyasının layihələndirilməsi üçün xüsusi meyarlar hazırlanmalı və tətbiq olunmalıdır.

Ermənistan hökuməti Metsamor şəhəri yaxınlığında demək olar ki yeni atom stansiyası tikmək istəyir. Yeni enerji blokunun gücü 1000 meqavat təşkil edəcək. Köhnə stansiya 1976-cı ildə tikilib və ölkənin enerji tələbatının 40-50%-ni ödəyir. Yeni blokun tikintisinin 2019-2020 illərdə həyata keçirilməsi gözlənilir və bu işlərə 5 milyard dollar sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR