ABŞ aviadaşıyanı Suriya sahillərinə yaxınlaşıb

ABŞ aviadaşıyanı Suriya sahillərinə yaxınlaşıb
# 06 dekabr 2012 02:34 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-dəniz qüvvələrinin «Duayt Eyzenhauer» çoxməqsədli atom aviadşıyanı dəniz strateji qrupunun önündə Aralıq dənizinin şərq hissəsinə çatıb və hazırda Suriya sahilləri yaxınlığındadır. Bu barədə Britaniya mətbuat orqanları məlumat yayıblır.

Məlumata əsasən, aviadaşıyanın göyərtəsində 70 qırıcı-bombardmançı var, gəmidəki matros, təyyarəçi və dəniz piyadalarının sayı isə 8 minə çatır.

Artıq iki həftədir ki, «İvodzima» desant helikopterdaşıyanı Suriya sahillərindədir.

«Duayt Eyzenhauer»in gəlişi ilə Aralıq dənizinin bu hissəsində olan ABŞ strateji qruplaşmasındakı gəmilərin sayı 17-yə çatıb, hərbçilərin sayı isə 10 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR