İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib
# 28 noyabr 2012 04:15 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olmayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsi məlumat yayıb. Zəlzələnin episentri Sarmi şəhərindən 80 km cənub-şərqdə, Papua əyalətində, Papua Yeni Qvineyə adasında qeydə alınıb, mərkəzi isə yer sətinin 18 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilmir.

2004-cü ildə İndoneziyada baş vermiş zəlzələ yüz minlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR