Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aksiya ilə bağlı müraciətini mənfi cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aksiya ilə bağlı müraciətini mənfi cavablandırıb
# 06 dekabr 2012 13:21 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) dekabrın 10-a təyin etdiyi aksiya ilə bağlı müraciətini cavablandırıb.

İP katibi, Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, paytaxt rəhbərliyinin cavabında İP-in Milli Məclisin binası qarşısında keçirmək istədiyi etiraz aksiyası məqsədəuyğun hesab edilməyib.

Paytaxt rəhbərliyinin cavabının müzakirə olunacağını deyən G. Aslanlı bildirib ki, BŞİH-nın mövqeyi ölkə qanunvericiliyinə ziddir və İP-in aksiyanı keçirmək niyyətinin qarşısını ala bilməz: “Hər bir halda İctimai Palata şəhər rəhbərliyinin cavabını müzakirə edəcək və müvafiq qərarını açıqlayacaq”.

Qeyd edək ki, İctimai Palata (İP) dekabrın 10-da saat 12.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR