Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 05 dekabr 2012 09:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 4-də Neapol küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini Vidadi Əkbərov idarə etdiyi «Audi Q-7» markalı avtomobillə piyada Zahid Cəfərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR