Xaçmazda cüdo üzrə beynəlxalq turnir keçirilir

Xaçmazda cüdo üzrə beynəlxalq turnir keçirilir
# 02 iyul 2015 20:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmazın Nabran qəsəbəsində cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında beynəlxalq turnirə start verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışda Azərbaycanın 20 rayon və şəhərindən, həmçinin Rusiya, Qazaxıstan və İsveçrədən olan 300-ə yaxın idmançı mübarizə aparır.

Çempionat 3 yaş qrupunda, 8 çəki dərəcəsində keçirilir. Yarışların birinci günündə 42, 46, 50 və 55 kiloqramda olan oğlanlar və qızlar mübarizə aparıb. Turnirin ikinci günündə isə daha 4 çəki dərəcəsində görüşlər keçiriləcək. Turnirdə ilk 3 yeri tutan idmançılara diplom və medallarla yanaşı qiymətli hədiyyələr veriləcək. Qeyd edək ki, yarış iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR