Azərbaycan tikinti materialları istehsalını artırıb

Azərbaycan tikinti materialları istehsalını artırıb
# 27 noyabr 2012 12:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 260,3 mln. manatlıq və ya 18,2% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1,7 mln. ton sement, 115,5 min ton tikinti gipsi, 1,023 mln. ton hörmə üçün hazır beton qarışığı, 460,1 min ton asfalt və 203 min kubmetr tikinti kərpici və s. məhsullar istehsal edilib.

«Cari il noyabrın 1-nə müəssisələrin anbarlarında 10,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,7%-i qədər hazır məhsul ehtiyatı olub», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR