Azərbaycan prezidenti Almaniya XİN-in dövlət nazirini qəbul edib

Azərbaycan prezidenti Almaniya XİN-in dövlət nazirini qəbul edib
# 13 noyabr 2012 14:29 (UTC +04:00)

APA-nın məlumatına görə, K. Piper Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkəmizi daim dəstəklədiyini vurğulayıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər zamanı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə edib. O, Almaniyanın xarici ticarət palatasının regionda ilk dəfə Azərbaycanda açılmasının əhəmiyyətini yüksək qiymətləndirib.

Dövlət başçısı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasını ölkələr arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İ. Əliyev Azərbaycan və Almaniya iş adamlarının qarşılıqlı fəaliyyəti, birgə layihələrin həyata keçirilməsi baxımından ticarət palatasının önəmini qeyd edib. Dövlət başçısı ticarət palatasının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə ölkələr arasında əməkdaşlığın sənaye, enerji, sərmayə qoyuluşu, təhsil, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR