Bakı. Məlahət Nəcəfova - APA. MDB-yə üzv ölkələrin müdafiə nazirləri dekabr ayında Moskvaya toplaşacaqlar. APA-nın xəbərinə görə, MDB Müdafiə Nazirləri Şurasının mətbuat katibi Mixail Sevastyanov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə hərbi əməkdaşlıqla bağlı 25-dən çox məsələ müzakirə olunacaq.
Müzakirələr MDB Müdafiə Nazirləri Şurasının 11 dekabr tarixində keçiriləcək 63-cü iclası çərçivəsində baş tutacaq. M. Sevastyanov deyib ki, hərbi sahədə inteqrasiya prosesinin vacibliyini nəzərə alan iştirakçılar şuranın 2012-ci ildəki fəaliyyətini təhlil edəcək və 2013-cü il üçün iş planını təsdiqləyəcəklər.