Nazirlər Kabineti vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarında dəyişikliklər edib

Nazirlər Kabineti vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarında dəyişikliklər edib
# 07 iyun 2015 09:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən əmək və məşğulluq haqqında qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar ayrıca paraqraf kimi “Büdcə gəlirlərinin Təsnifatı”nda “Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə əlavə edilib.

Qanunvericiliyə edilən dəyişikliklə əlaqədar Azərbaycanda avtonəqliyyat vasitələri sahibləri, avtonəqliyyat vasitələri sahibləri olan hüquqi və fiziki şəxslər tərəfindən ödənilən yol vergisinin ləğv edilməsi səbəbindən “Büdcə gəlirlərinin Təsnifatı”nda Yol vergisi paraqrafından bu vergilər çıxarılıb, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi isə saxlanılıb. Eyni zamanda “Yol vergisi” paraqrafına yarımmadələr qismində Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi, avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergiləri daxil edilib. Yol vergisi Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər tərəfindən ödənilən vergilərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR