“Meşə qardaşları” adlı qruplaşmanın üzvü olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

“Meşə qardaşları” adlı qruplaşmanın üzvü olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 27 noyabr 2012 13:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Meşə qardaşları” adlı qruplaşmanın üzvü olmaqda təqsirləndirilən Pərviz Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi isə noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, qruplaşmanın üzvləri bir sıra cinayətlərdə , o cümlədən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilirlər. Qruplaşmanın digər üzvlərinin məhkəməsi bir müddət əvvəl başa çatıb.

P. Ramazanov Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR