Elman Abdullayev: “Azərbaycanda istənilən jurnalist hökumətin fəaliyyətinin müxtəlif istiqamətlərini sərbəst şəkildə tənqid edə bilir”

Elman Abdullayev: “Azərbaycanda istənilən jurnalist hökumətin fəaliyyətinin müxtəlif istiqamətlərini sərbəst şəkildə tənqid edə bilir”
# 13 noyabr 2012 08:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Xanım Nili Krus öz çıxışının tezislərini açıqlamazdan əvvəl bu və ya digər məsələni öyrənməlidir. Bu, peşəkar yanaşma üçün minimum tələblərdir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Diplomat qeyd edib ki, Azərbaycanda azad jurnalistika fəaliyyətinin olduğuna əmin olmaq üçün Azərbaycan mediasını 20-30 dəqiqə serfinq etmək kifayətdir: “Ondan başa düşərlər ki, Azərbaycanda istənilən jurnalist hökumətin fəaliyyətinin müxtəlif istiqamətlərini, o cümlədən xarici siyasətini sərbəst şəkildə tənqid edə bilər. Mən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi bu tənqidlərlə hər gün üzləşirəm və bunu normal hadisə kimi qəbul edirəm. Çünki biz azad ölkədə yaşayırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, avropalı məmurun aşkar olan şeyi olmayan kimi təqdim etməsi normal hal deyil: “Xanım Krus çıxışdan əvvəl ona hansı mətnləri təqdim etdiklərini ciddi şəkildə yoxlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR