İran BMT baş katibinə müraciət edib

İran BMT baş katibinə müraciət edib
# 28 noyabr 2012 11:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran Tibb Elmləri Akademiyasının rəhbəri Əlirza Mərəndi BMT baş katibi Pan Gi Muna məktub yazıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, məktubda dərman və tibbi preparatlar, ləvazimatlar əldə olunmasının hər bir insanın universal haqqı olduğu bildirilir.

Ə.Mərəndi məktubunda BMT baş katibindən Qərb ölkələrinin İrana dava-dərman, tibbi preparat və ləvazimatlar idxal olunması ilə bağlı tətbiq etdiyi sanksiyanın aradan qaldırılması üçün addım atmasını istəyib: “Hazırda İranda milyonlarla insanın həyatı təhlükə qarşısındadır. Bu isə insan haqları pozuntusudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR