Lerikin ucqar yaşayış məntəqəsi içməli su ilə təchiz olunub

Lerikin ucqar yaşayış məntəqəsi içməli su ilə təchiz olunub
# 15 noyabr 2012 14:21 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayon mərkəzindən 30 km uzaqda yerləşən Çəynəvud kənd sakinlərinin uzunillik su probleminə son qoyulub.

APA-nın cənub bürosunun məlumatına görə, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 7 km-lik məsafədən 40 mm politelin borular vasitəsilə 400-dən çox sakini olan yaşayış məntəqəsinə çəkilən su xətti evlərə paylanıb.

Kəndin 87 yaşlı sakini Qurban Qulamovun sözlərinə görə, qış aylarında qarı əridərək su kimi istifadə etdikləri vaxtlar olub. Yay aylarında isə onlar əsasən mövsümi bulaqlardan istifadə etməklə içməli su probleminin həllinə nail olublar. Sakinlər su xəttinin çəkilişində göstərdiyi maddi yardıma görə yerli bələdiyyəyə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR