Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb
# 06 dekabr 2012 08:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Sumqayıt REŞ” MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41 min manat məbləğində vəsaiti alaraq mənimsəyib. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR