Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Sabirabadda baş verən yol qəzasında  bir nəfər ölüb, bir nəfər yaralanıb
# 29 noyabr 2012 15:16 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sabirabad Rayon Polis Şöbəsindən verilən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Sabirabad-Cavad yolunun Kürkəndi ərazisində qeydə alınıb.

Rayonun Narlıq kənd sakini, 25 yaşlı Bəhruz Məqsəd oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Qalaqayın kənd sakini, 26 yaşlı Səttar Mirzəyevin idarə etdiyi “KİA” markalı avtomaşınla toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobildə olan sərnişin, Narlıq kənd sakini, 25 yaşlı Bəyad Şirəliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR