Ziyafət Əsgərov: “Azərbaycanın Ermənistana cavabı özünü çox gözlətməyəcək”

Ziyafət Əsgərov: “Azərbaycanın Ermənistana cavabı özünü çox gözlətməyəcək”
# 12 noyabr 2012 10:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, atəşkəs olsa da, Ermənistan atəşkəsə əməl etmədiyindən Azərbaycanın itkiləri olur: «Ermənistan atəşkəsi dəfələrlə pozur. Azərbaycan beynəlxalq təşkilatların nümayəndələrinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dəfələrlə çatdırıb ki, atəşkəs rejimi olmasına baxmayaraq, Ermənistan Azərbaycan vətəndaşlarını öldürməkdə davam edir. Hesab edirəm ki, Ermənistana qarşı bu təzyiqlər artırılmalıdır. Nəhayət, Minsk Qrupunun həmsədrləri Ermənistana qarşı təzyiqlər etməlidir. Əks halda, belə davam etməyəcək və Azərbaycanın cavabı özünü çox gözlətməyəcək. Bu cavab necə olacaq, siz bunu görəcəksiniz».

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR