İsrail Suriya tərəfindən atəşə artilleriya zərbəsi ilə cavab verib

İsrail Suriya tərəfindən atəşə artilleriya zərbəsi ilə cavab verib
# 18 noyabr 2012 04:37 (UTC +04:00)

Bakı-APA. İsrail ordusu bir qrup hərbiçisinin Suriya tərəfindən atəşə tutulmasına artilleriya zərbəsi ilə cavab verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail komandanlığının mətbuat xidməti bildirib ki, insident Qolan yüksəkliyində İsrail-Suriya sərhədində baş verib. İsrail hərbiçiləri olan tərəfə avtomat silahdan atəş açılıb. İsrail ordusunda itki yoxdur. Atəş açılan istiqamətə artilleriya zərbəsi endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR