İran Xarici İşlər Nazirliyi bəyanat yayıb

İran Xarici İşlər Nazirliyi bəyanat yayıb
# 24 dekabr 2012 10:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə İran Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarması ilə bağlı Kanada hökumətinə etiraz bildirilir.

Bəyanatda deyilir ki, terrorizm dünyanın ən mühüm problemlərindən biridir: “Rəsmi Ottavanın İran Xalq Mücahidlər Təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarması bu qurumun mahiyyətində heç bir dəyişikliyə səbəb olmayacaq. Kanada hökumətinin bu qərarı beynəlxalq konvensiyalara zidd olduğu kimi, beynəlxalq sülh və təhlükəsizliyə də təhdiddir. Artıq Kanada terrorçular üçün etibarlı bir məkana çevrilib. Ona görə də Kanadadakı vətəndaşlarımız ilə yanaşı, İran dövlətinə aid əmlaka qarşı hər cür terrorçu hücumdan rəsmi Ottavanın məsuliyyət daşıyacağını bəyan edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR