«Bank Respublika» kredit borclarının yeni ödəniş sistemini istifadəyə verib

«Bank Respublika» kredit borclarının yeni ödəniş sistemini istifadəyə verib
# 26 noyabr 2012 13:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC müştərilərə kredit borclarını bankın rəsmi veb-səhifəsi vasitəsilə «online» ödəmək imkanı yaradan «Cari hesaba mədaxil» xidmətini təqdim edib.

«APA-Economics»in «Bank Respublika»nın yaydığı xəbərə istinadən verdiyi məlumata görə, hazırda cari hesaba mədaxil etmək və kreditləri ödəmək üçün bankın internet səhifəsi vasitəsi ilə (www.bankrespublika.az) «Kreditin «online» ödənişi» səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etmək (seriyanın yalnız rəqəm hissəsini AZE 12345678) lazımdır. Növbəti səhifələrdə ödəniləcək məbləği (3 min manatdan çox olmamalı), kredit kartının məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.

Plastik kart üzrə kredit borcunun «online» ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) bankda dəqiqləşdirmək lazımdır (kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR