Qobustanın Hilmilli kəndinə ilk dəfə qaz verilib

Qobustanın Hilmilli kəndinə ilk dəfə qaz verilib
# 27 noyabr 2012 16:22 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Qobustan rayonunun Hilmilli kəndinə ilk dəfə olaraq təbii qaz verilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə Qobustan rayon İcra Hakimiyyəti və «Azəriqaz» İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə bildirilib ki, 541 abonenti olan Hilmilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 24 500 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 369 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. İlkin mərhələdə 369 evə təbii qaz veriləcək, digər evlərin qazlaşdırılması isə mərhələli şəkildə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR