Azərbaycanda bank əmanətləri son bir ildə 28% artıb

Azərbaycanda bank əmanətləri son bir ildə 28% artıb
# 12 dekabr 2012 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əmanətlərin ümumi həcmi 2012-ci il noyabrın 1-nə 4,690 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 1,015 mlrd. manat və ya 27,6% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Məlumata əsasən, bu ilin əvvəlindən bank əmanətlərinin həcmi 570 mln. manat və ya 13,8%, oktyabr ayında isə 134 mln. manat və ya 2,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR