Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşının cinayət işi məhkəməyə göndərilib

Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşının cinayət işi məhkəməyə göndərilib
# 19 noyabr 2012 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə noyabrın 26-na təyin edilib.


Qeyd edək ki, A. Kazımovun qardaşı Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR