Fransa səfirliyinin vizalar şöbəsi 25 dekabr və 1 yanvar tarixlərində işləməyəcək

Fransa səfirliyinin vizalar şöbəsi 25 dekabr və 1 yanvar tarixlərində işləməyəcək
# 11 dekabr 2012 12:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Fransa səfirliyinin vizalar şöbəsi 2012-ci il 25 dekabr və 2013-cü il 1 yanvar tarixlərində bağlı olacaq. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən bildiriblər.

Səfirlikdə həmçinin bildiriblər ki, adi pasportlar üçün qısamüddətli Şengen vizasının verilmə müddəti 5 iş günü, xidməti və diplomatik pasportlar üçün isə 2 iş günü təşkil edir. Bu müddətə, adi pasportlar üçün görüş vaxtının alınma müddəti - 11 iş günü də əlavə olunur. Bunlar azalmayan müddətlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR