Zərdabda baş verən yol qəzasında 2 nəfər ölüb

Zərdabda baş verən yol qəzasında 2 nəfər ölüb
# 14 dekabr 2012 22:29 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Zərdab rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Zərdab-Ucar əsas magistral yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini Ələkbərov Allahverdi Məmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı minik maşını eyni istiqamətdə hərəkət edən Kərimov Mikayil Zilfi oğlunun idarə etdiyi KAMAZ markalı yük maşını ilə toqquşub. Nəticədə VAZ markalı maşının sürücüsü və sərnişini Göyçay rayon sakini Məmmədov Yusif Alı oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR