Ağstafada teplovoz piyadanı vuraraq öldürüb

Ağstafada teplovoz piyadanı vuraraq öldürüb
# 12 dekabr 2012 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Ağstafada teplovoz piyadanı vurub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 11-də saat 10.15 radələrində Ağstafa rayonunun Eynallı kəndi ərazisində, Samux rayon sakini Qədim Əsədov elektrovozu idarə edərkən, kənd sakini Nazim İbrahimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR