Azərbaycanın 50 təhsil müəssisəsində şagirdlərin davamiyyəti online rejimdə izlənilir

Azərbaycanın 50 təhsil müəssisəsində şagirdlərin davamiyyəti online rejimdə izlənilir
# 14 dekabr 2012 14:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda “Elektron Məktəb” layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib ki, bunlardan 43-ü ümumtəhsil müəssisəsidir. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov deyib. O bildirib ki, bu layihənin məqsədi informasiya-kommunikasiya texnologiyalarının tədris sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər tədris müəssisələrində tətbiqidir. S.Məmmədovun sözlərinə görə, həmin məktəblərdə elektron tədris resursları dərslərdə geniş tətbiq olunmaqdadır: “Həmçinin “Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini online rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir”.

S.Məmmədov əlavə edib ki, Azərbaycan müəllimləri üçün korporativ üslublu elektron poçt xidməti yaradılıb. Artıq qeydiyyatdan keçmiş müəllimlərin sayı 2000 nəfərə çatıb. Elektron poçt ünvanı vasitəsilə hər bir müəllim üçün fərdi poçt qutusu ([email protected]), təqvim və 25Gb həcmində İnternet yaddaşdan istifadə imkanı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR