Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
# 26 noyabr 2012 10:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə üzvləri zərərsizləşdirilib. Bu barədə APA ya Bakı Şəhər Baş polis idarəsindən məlumat verilib. Məlumatda deyilir ki, sentyabrın 13-də C.Məmmədquluzadə küçəsində naməlum şəxslər Bakı şəhər sakini Natiq Nəsirovun taksi kimi idarə etdiyi «VAZ-2106» markalı avtomobilinə sərnişin qismində əyləşərək Şərifzadə küçəsində onu bıçaqla hədələyib avtomobilini əlindən alıblar. Elə həmin gün qeyd olunan avtomobili əvvəllər məhkum olunmuş Nahid Abdullayev idarə edərkən Naxçıvani küçəsində maneəyə vurub. O, hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin əməkdaşlarına bıçaqla müqavimət göstərmək istəyərkən yaxalanaraq ərazi üzrə 5-ci Polis Bölməsinə təhvil verilib. Avtomobildə olan digər şəxslər isə qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin , Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Nəsirova qarşı quldurluq edən digər iştirakçı, əvvəllər məhkum olunmuş Elnur Əliyev sentyabrın 14-də ələ keçib. Araşdırma zamanı məlum olub ki, dostlar quldurluq yolu ilə ələ keçirdikləri «VAZ-2106» markalı avtomobili sentyabrın 13-nə keçən gecə M.Əlizadə küçəsində yaşayan Ramil Əliyevə məxsus «Mercedes» markalı avtomobildən oğurladıqları dövlət nömrə nişanı ilə idarə edib. Daha sonra müəyyən edilib ki, onlar – aprelin 25-nə keçən gecə C.Məmmədquluzadə küçəsində İsmayıllı rayon sakini Taleh Hacıyevə məxsus «VAZ-2106» markalı maşını qaçırıb.

Qeyd olunub ki, həmin avtomobil aprelin 26-da II Şimal şitilliyi küçəsində tapılıb. Cinayətdə şübhəli bilinən digər şəxs Anar Quliyev isə noyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tutulub, digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR