Əlaəddin Burucerdi: “İranın nüvə fəaliyyətinin ABŞ tərəfindən rəsmən tanınması problemin həllində dönüş nöqtəsi olacaq”

Əlaəddin Burucerdi: “İranın nüvə fəaliyyətinin ABŞ tərəfindən rəsmən tanınması problemin həllində dönüş nöqtəsi olacaq”
# 17 noyabr 2012 02:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “ABŞ prezidenti Barak Obama İranla bağlı çıxışında nüvə məsələsinin müzakirələr yolu ilə həllinin vacibliyini vurğulayıb”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib. O bildirib ki, İranın nüvə fəaliyyətinin ABŞ tərəfindən rəsmi şəkildə tanınması problemin həllində dönüş nöqtəsi olacaq: “İran hər cür nüvə silahına qarşıdır və beynəlxalq qanunlar çərçivəsində sülh məqsədli nüvə proqramına davam edəcək. “Altılıq” ölkələri ilə apardığımız müzakirələrdə ölkəmizə qarşı sanksiyaların ləğv edilməsi gündəmə gətirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR