Qafqaz Müsəlmanları İdarəsində Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO

Qafqaz Müsəlmanları İdarəsində Heydər Əliyevin anım mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 16 dekabr 2012 14:20 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə giriş nitqi söyləyən QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər Əliyevin dini baxışları, onunla bu mövzuda olan söhbətləri, həmçinin Məkkə səfəri zamanı xatirələrini bölüşüb. A.Paşazadə bildirib ki, Azərbaycanda dindarlar əqidə azadlığını H.Əliyevin hakimiyyətə gəlişindən sonra hiss etməyə başlayıblar. O qeyd edib ki, H.Əliyev ateist bir dövlətin rəhbərliyində təmsil olunduğu zamanda belə qəlbində Allaha olan inamını itirməyib, əksinə, İslamın tələblərinə imkan olduğu qədər riayət etməyə çalışıb.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, H.Əliyev islami dəyərlərə saf münasibəti olub və atdığı bütün addımlar da Azərbaycanda milli-dini mənəviyyatın inkişafına yönəlib: "Heydər Əliyev cəmiyyətin birləşdirilməsi, saflaşmasına böyük önəm verməklə yanaşı, mənəviyyatın inkişafına da xüsusi yer verirdi".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib ki, Azərbaycan xaos içində olduğu dövrdə Heydər Əliyev müstəqil dövlətin qorunması, dayanıqlı inkişafa yol açan addımlar atıb. O, H. Əliyevin dini mühitin inkişafı üçün gördüyü ciddi işlərə də diqqət yönəldib.

Milli Məclisin deputatı Rəbiyyət Aslanova bildirib ki, bu gün H.Əliyevin ruhu Azərbaycan xalqının daim yanındadır, onun adı tarixə qızıl həriflərlə yazılıb. R. Aslanova qeyd edib ki, Azərbaycan çoxlu sərvətlər ölkəsidir. Ancaq onun əsas sərvəti insanlarıdır: "Azərbaycanın gələcəyi üçün çox işlər görən Heydər Əliyev onun müstəqilliyinin bünövrəsini 1993-cü ildə qoydu və müstəqil dövlət formalaşdırmağa başladı. Heydər Əliyevin fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanda din dövlətdən ayrıdır. Onun fəaliyyəti sayəsində dini mühitdə bu qədər işlər görülüb".

Tədbirdə iştirak edən digər millət vəkilləri, din xadimləri Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR