Kaxa Kaladze: "Gürcüstanla Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı öhdəliklərini yerinə yetirib”

Kaxa Kaladze: "Gürcüstanla Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı öhdəliklərini yerinə yetirib”
# 16 iyul 2015 14:31 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. “Bakı-Tiflis-Qars dəmir yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək”. Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu ilin payızında layihənin tikintisi tam olaraq başa çatacaq: "Gürcüstanla Azərbaycan layihə ilə bağlı öhdəliklərini yerinə yetirib. Mənə verilən məlumata görə, yalnız layihənin Türkiyədən keçən hissəsində çox az həcmdə iş qalıb. 2016-cı ildə dəmir yolu layihəsi açılışa hazır olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR