Misir prezidenti konstitusiya referendumunu təxirə salmağa razılaşıb

Misir prezidenti konstitusiya referendumunu təxirə salmağa razılaşıb
# 07 dekabr 2012 22:57 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mürsi müəyyən şərtlərlə yeni konstitusiyaya dair referendumun keçiriləcəyi tarixi təxirə salmağa hazırdır. Bu barədə Misirin vitse-prezidenti Mahmud Mekki məlumat verib.

«Mürsi ölkə konstitusiyasına dair referendumunu təxirə salmağa hazırdır, lakin müəyyən şərtlərin yerinə yetirilməsini istəyir», deyə Mekki bildirib. Lakin Mekki söhbətin hansı şərtlərdən getdiyini açıqlamayıb.

Dekabrın 15-nə təyin olunmuş konstitusiyaya dair referendumun təxirə salınması son günlər ciddi etiraz aksiyaları keçirən Misir müxalifətinin əsas tələblərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR