Krımın Turizm və Kurort Nazirliyi Azərbaycanda nümayəndəlik açacaq

Krımın Turizm və Kurort Nazirliyi Azərbaycanda nümayəndəlik açacaq
# 12 noyabr 2012 12:08 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ukraynanın Krım Muxtar Respublikasının Turizm və Kurort Nazirliyi 2013-cü ildə 5 ölkədə öz nümayəndəliklərini açmağa planlaşdırır.

APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Ukrayna, Rusiya, Latviya və Belarusun regionlarında Krımın Turizm və Kurort Nazirliyinin 20 nümayəndəliyi yaradılacaq.

Nümayəndəliklərdə həkimlər və turizm agentləri üçün təlimlər keçiriləcək, Krıma turlar təşkil olunacaq: “Nümayəndəliklərin xidmətlərindən istənilən Krım sanatoriyaları, hotellər, mini-hotellər və tur operatorlar faydalana bilərlər”.

Nümayəndəliklər yerli tur agentliklər və Ukraynanın informasiya mərkəzlərinin bazasında yerləşəcək. Oranın işçiləri nazirin ştatdankənar məsləhətçi statusunu əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR