Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 06 dekabr 2012 10:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. 3 saylı şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə dekabrın 6-da Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü İbrahimov Heydər naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri almış yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR