Deputatlar ezamiyyə və yanacaq-sürtgü materialları üçün nəzərdə tutulan xərclərin artırılmasını istəyiblər

Deputatlar ezamiyyə və yanacaq-sürtgü materialları üçün nəzərdə tutulan xərclərin artırılmasını istəyiblər
# 15 noyabr 2012 12:16 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. "Bizim deputatların bir qrupu xaricə ezamiyyətə getməkdən beziblər. Amma başqa bir qrup var ki, onlar heç vaxt səfərlərə getmir. Həmin deputatların da müvafiq qruplara salınmasına ehtiyac var ki, səfərlərə gedə bilsinlər". APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. O, MM-in 2013-cü il üçün xərclər smetası haqqında məsələ müzakirə edilərkən deyib ki, deputatlar üçün nəzərdə tutulan ezamiyyət xərcləri artırılmalıdır.

MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov H. Rəcəblinin dediklərini dəstəkləyib. O, yanacaq və sürtgü materialları üçün nəzərdə tutulan xərclərin artırılmasını vacib sayıb.

Aydın Mirzəzadə xatırladıb ki, MM-də 70-dən artıq dostluq qrupu var: "Onların bir çoxu aktivdir. Amma elə dostluq qrupları var ki, müvafiq parlamentlə lazımi əlaqə yaratmayıb".

Etibar Hüseynov MM-də internetin zəif olmasından şikayətlənib: "Bir çox qəzetlərin saytına məhdudiyyət qoyulub. Hansı ki, həmin qəzetlər parlamentin foyesində satılır. Yotube, həmçinin bəzi sosial şəbəkələr bağlıdır".

MM sədrinin I müavini Ziyafət Əsgərov isə deyib ki, hansısa saytın məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Qalan məsələlər isə həll olunar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR